Bakı. Trend:
Niderlandın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "TataSteel Chess" turnirinə yekun vurulub.
Trend-in məlumatına görə, yarışın “Challengers” turnirində çıxışedən Aydın Süleymanlı XIII turda Rumınıya təmsilçisi İrinaBulmaqanı məğlub edib. 13 turdan sonra 9,5 xal toplayanA.Süleymanlı yekun nəticədə Tay Day Van Nquenlə (Çexiya) birlikdə1-2-ci yerləri bölüşüb. Eyni xala malik olmasına baxmayaraq, 19yaşlı azərbaycanlı şahmatçı əlavə göstəricilərə görə ikinci yeritutub.
Qeyd edək ki, Aydın Süleymanlı turnir ərzində 7 qələbə qazanıb,5 partiyada heç-heçəyə razılaşıb və cəmi bir oyunda məğlubolub.