AZ

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci oldu

Azərbaycan şahmatçısı Aydın Süleymanlı beynəlxalq turnirdə ikinci olub.

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə “Tata Steel Chess” turnirinə yekun vurulub.

"Operativ Media" xəbər verir ki, yarışın “Challengers” turnirində çıxış edən Aydın Süleymanlı 13-cü turda Rumınıya təmsilçisi İrina Bulmaqanı məğlub edib.

13 turdan sonra 9,5 xal toplayan A.Süleymanlı yekun nəticədə Tay Day Van Nquenlə (Çexiya) birlikdə 1-2-ci yerləri bölüşüb. Eyni xala malik olmasına baxmayaraq 19 yaşlı azərbaycanlı şahmatçı əlavə göstəricilərə görə ikinci yeri tutub.

Qeyd edək ki, Aydın Süleymanlı turnir ərzində 7 qələbə qazanıb, 5 partiyada heç-heçəyə razılaşıb və cəmi bir oyunda məğlub olub.

Seçilən
11
11
operativmedia.az

10Mənbələr