ABŞ-da təyyarə Hyuston hava limanında havaya qalxarkən təyyarənin qanadı qəfildən alovlanıb.
Axar.az xəbər verir ki, uçuş dayandırılıb və sərnişinlər təxliyə edilib.
Təyyarədə 104 sərnişin və 5 ekipaj üzvü olub. Xəsarət alan olmayıb.
Məlumatda bildirilib ki, mühərrikdəki nasazlıqlar səbəbindən qanad sahəsində yanğın başlayıb. Federal Aviasiya Administrasiyası hadisənin səbəblərini araşdırır.