Amerikanın Hyuston şəhərində "United Airlines"a məxsus təyyarə havaya qalxmazdan əvvəl yanıb.
OXU24.COM xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, təyyarədə olan 104 sərnişin və 5 ekipaj üzvü təxliyə edilib.
“Panduslar və pilləkənlərdən istifadə edərək uçuş-enmə zolağına evakuasiya edilib və gündüz uçuşu üçün yenidən bron edilib”, - nəşr yazır.
"Fox26" qeyd edib ki, sərnişinin çəkdiyi videoda təyyarənin qanadından tüstü və alov yüksəldiyi görünür.