Bu gün Ege dənizində ard-arda zəlzələlər baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində 30-dan çox zəlzələ baş verib: "Ege dənizində dünən saat 15.51 ilə bu gün 15.55 arasında ən kiçik 1.3 baldan başlayaraq 4.8 bala qədər gücdə artan 30-dan çox təkan qeydə alınıb. Onlardan 8-i 4-4,8 bal gücündə olub...".
***
Samir Musayev
Mia.az