Son 48 saat ərzində Egey dənizində 200-dən çox zəlzələ baş verib.
Yunanıstandakı vulkanik quruluşu ilə tanınan Santorini adasında və onun ətrafında seysmik aktivlik getdikcə artır. Son günlər bölgədə çoxlu vulkanik fəaliyyətlər də müşahidə olunub. Lakin rəsmilər bu zəlzələlərin Santorinidəki vulkanla bağlı olmadığını açıqlayıblar.
News24.az xəbər verir ki, bu zəlzələlərin ən böyüyü 4,5 bal gücündə olub. Zəlzələnin 10,45 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Ardıcıl baş verən zəlzələlər bölgədə çaxnaşma yaradıb və Yunanıstanın baş naziri Kiriakos Mitsotakis təcili toplantı keçirmək qərarına gəlib.
Onu da qeyd edək ki, bu zəlzələlər Türkiyə sahilindən 140 Kilometr uzaqda hiss edilib.
Günel Məlikzadə