AZ

Üzərinə qaynar su tökülən 8 aylıq körpə xəstəxanaya yerləşdirildi

Şamaxıda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” Bakupost.az-a istinadən xəbər verir ki, rayonun 1 saylı Çaylı kənd sakini 8 aylıq körpə Bəşirov Yusif Nurlan oğlu evdə oynayarkən peçin üzərində olan qaynar su üzərinə dağılıb.

Hadisə nəticəsində ağır bədən yanıqları alan körpənin vəziyyətlərinin ağır olması səbəbindən Bakı şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 05:30 radələrində 2024-cü il təvəllüdlü (kişi cinsli) azyaşlı müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Ona hər iki saidin və əllərin II-III dərəcəli yanığı diaqnozu təyin olunub.

Hazırda azyaşlının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Seçilən
21
23
qafqazinfo.az

10Mənbələr