Misli Premyer Liqasının XXI turunun “Turan Tovuz”la oyununda (1:1) vurulan qol “Səbail” üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, Bakı klubu ölkə çempionatlarında 100-cü səfər topuna imza atıb. Yubiley qolunu Madi Queta vurub.
100-cü qol rəqib meydanlarındakı 113-cü matça təsadüf edib. “Səbail” Azərbaycan çempionatları tarixində səfərdəki qol sayı üç rəqəmlə ifadə olunan 19-cu komanda olub.
Qeyd edək ki, “Səbail” ilk səfər qolunu 2017-ci il avqustun 13-də “Zirə” ilə səfər oyununda (1:2) vurub. Həmin topun müəllifi Vüqar Nadirov olub.
Qurban Qurbanov: “Çatışmayan cəhətlər var”
“Zirə” "Qarabağ"ı möhtəşəm geridönüşlə məğlub etdi - YENİLƏNİB
Bahadur Həziyev: "Premyer Liqada oynamaq hər kəsin arzusudur" - MÜSAHİBƏ
Borçe Xristov: "Uduzanda da ayağını yerə möhkəm basmalısan"
"Sabah"ın Sekidika arzusu - ÖZƏL