AZ

Səfərdə 100-cü qol

"Səbail" ölkə çempionatlarında 100-cü səfər qoluna imza atıb.

"Football-plus.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli premyer-liqasının 21-ci turunun “Turan Tovuz”la oyununda (1:1) reallaşıb. Yubiley qolunu Madi Queta vurub.

100-cü qol rəqib meydanlarındakı 113-cü matça təsadüf edib. “Səbail” Azərbaycan çempionatları tarixində səfərdəki qol sayı üç rəqəmlə ifadə olunan 19-cu komanda olub.

Qeyd edək ki, “Səbail” ilk səfər qolunu 2017-ci il avqustun 13-də “Zirə” ilə matçda (1:2) vurub. Həmin topun müəllifi Vüqar Nadirov olub.

Seçilən
29
14
football-plus.az

10Mənbələr