AZ

7 şahmatçı 1/8 finala vəsiqə qazanıb

Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında ilk 1/8 finalçılar məlum olub.

İdman.biz xəbər verir ki, 1/16 finalın hər iki görüşündə Paşam Əlizadəni məğlub edən Eltac Səfərli adını növbəti mərhələyə yazdırıb.

Kənan Qarayevi üstələyən Vüqar Əsədli 1/8 finalda mübarizəni davam etdirmək imkanı qazanıb – 1,5:0,5.

Hər iki partiyada Ümid Aslanova qalib gələn Məhəmməd Muradlı, eyni zamanda Xəzər Babazadəni məğlub edən Fərid Abbasov növbəti mərhələyə vəsiqə əldə edib.

1/16 finalda Murad İbrahimlidən güclü olan Əhməd Əhmədzadə, həmçinin iki oyunun nəticəsinə görə Vüqar Manafovu üstələyən Misrətdin İskəndərov mərhələ adlayıb. Read Səmədov - Şiroğlan Talıbov duelində birinci qalib gələrək 1/8 finalda yarışmaq imkanı qazanıb 1,5:0,5.

Qeyd edək ki, Nicat Məmmədov - Süleyman Süleymanlı, Azər Mirzəyev - Vüqar Rəsulov və Namiq Quliyev - Rəhim Qasımov partiyalarında bərabərlik qeydə alındığından qalib tay-brekdə müəyyənləşəcək.

İdman.biz

Seçilən
13
9
idman.biz

10Mənbələr