AZ

1/8 finalın ilk iştirakçıları müəyyənləşdi -

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında 1/8 finalın ilk iştirakçıları məlum olub.Metbuat.az xəbər verir ki, 1/16 finalın hər iki görüşündə Paşam Əlizadəni məğlub edən Eltac Səfərli adını növbəti mərhələyə yazdırıb. Kənan Qarayevi üstələyən (1,5-0,5) Vüqar Əsədli 1/8 finalda mübarizəni davam etdirmək imkanı qazanıb.Hər iki partiyada Ümid Aslanova qalib gələn Məhəmməd Muradlı, eyni zamanda Xəzər Babazadəni məğlub edən Fərid Abbasov növbəti mərhələyə vəsiqə əldə edib.1/16 finalda Murad İbrahimlidən güclü olan Əhməd Əhmədzadə, həmçinin iki oyunun nəticəsinə görə Vüqar Manafovu üstələyən Misrətdin İskəndərov mərhələ adlayıb. Read Səmədov-Şiroğlan Talıbov duelində birinci qalib gələrək 1/8 finala yüksəlib.

Qeyd edək ki, Nicat Məmmədov-Süleyman Süleymanlı, Azər Mirzəyev-Vüqar Rəsulov və Namiq Quliyev-Rəhim Qasımov partiyalarında bərabərlik qeydə alındığından qalib tay-brekdə müəyyənləşəcək.

Seçilən
10
9
metbuat.az

10Mənbələr