AZ

Məktəb binasında yanğın olub

Sabirabad rayonu Məmməd Tağıyev adına Kovlar kənd tam orta ümumtəhsil məktəbin binasında yanğın baş verib.

Mil-Muğan Regional Təhsil İdarəsindən TƏHSİL.BİZ -ə bildirilib ki, hadisə elektrik naqillərinin paylanma qutusunda qısaqapanma nəticəsində baş verib. 

Təhsil müəssisəsinin işçi heyəti və şagirdlər təhlükəsiz yerə təxliyyə ediliblər, FHN-in yerli bölməsinə məlumat verilib. Görülmüş tədbirlər nəticəsində yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb

Seçilən
27
3
tehsil.biz

4Mənbələr