AZ

Sabirabad məktəbində yanğın

Sabirabad rayonunda məktəb binasında yanğın baş verib.

"Cebheinfo.az"  Modern.az-a istinadən xəbər verir ki, hadisə Məmməd Tağıyev adına Kovlar kənd tam orta məktəbində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Məsələ ilə Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə elektrik naqillərinin paylanma qutusunda qısaqapanma nəticəsində baş verib. 

"Təhsil müəssisəsinin işçi heyəti və şagirdlər təhlükəsiz yerə təxliyyə ediliblər, FHN-in yerli bölməsinə məlumat verilib. Görülmüş tədbirlər nəticəsində yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb", - açıqlamada qeyd olunur.

"Cebheinfo.az" 

Seçilən
27
3
cebheinfo.az

4Mənbələr