AZ

Dövlət əmlakı mənimsənilib? - Sabiq məktəb direktorunun həbsinin YENİ DETALLARI

Dövlət əmlakı mənimsənilib? - Sabiq məktəb direktorunun həbsinin YENİ DETALLARIAğsu rayonu S.Mikayılov adına tam orta məktəbin sabiq direktoru Fəxrəddin Həsənqulu oğlu Həsənovun həbsinin bəzi detalları məlum olub.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, idarə tərəfindən adıçəkilən təhsil müəssisəsində aparılmış yoxlama zamanı sabiq direktorun əmək fəaliyyəti dövründə dövlət əmlakını mənimsəməsi də aşkarlanıb və toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib.

Bildirilib ki, sabiq direktor əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə ötən il iyulun 3-də tutduğu vəzifədən azad edilib.

10:28
Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Seçilən
42
7
sonxeber.az

10Mənbələr