Dağlıq-Şirvan Regional Təhsil İdarəsi Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru Həsənov Fəxrəddin Həsənqulu oğlunun həbsi məsələsinə münasibət bildirib.
Hurriyyet.az bildirir ki, Regional İdarədən APA-ya verilən məlumata görə, Dağlıq-Şirvan Regional Təhsil İdarəsi tərəfindən adıçəkilən təhsil müəssisəsində aparılmış yoxlama zamanı sabiq direktorun əmək fəaliyyəti dövründə dövlət əmlakını mənimsəməsi də aşkarlanıb və toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib.
Bildirilib ki, sabiq direktor əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə ötən il iyulun 3-ü tarixində tutduğu vəzifədən azad edilib.
***
Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.
Hurriyyet.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs-qətimkan tədbiri seçilib.
İş üzrə ilkin istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.