1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərənin "Aston Villa" klubu PSJ-nin futbolçusu Marko Asensionun transferini reallaşdıracaq.
Oxu.Az " Sky Sports"a istinadən xəbər verir ki, ulduz futbolçunun İngiltərə klubuna keçidi bu həftəsonuna kimi reallaşacaq.
Asensio ilə "Aston Villa" arasında razılıq əldə olunsa da, PSJ klubu keçid üçün tələb olunan məbləğin ödənməsini gözləyir.
Qeyd edək ki, "Aston Villa" daha öncə "Mançester Yunayted"in hücumçusu Markus Raşfordu da heyətinə qatıb.