AZ

"Özəl telekanallar arvad davası - boğuşmasından pul qazanır"-Spiker deputatı bu sözlərinə görə qınayıb

Milli Məclisdə skandal: Spiker deputata irad bildirdi.  Həkimlərin və dərmanların reklamı baş alıb gedir. Xəbər verilir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas bügünkü plenar iclasda deyib. O bildirib ki, SSRİ vaxtı bu qadağan idi: "Rəşad Mahmudovun reklama ehtiyacı var? O özü brenddir. Bəziləri gedir 2-3 aylıq sertifikat alır, özünü reklam etdirir. Düzdür, özəl telekanallar reklamlardan və arvad davası - boğuşmasından pul qazanır. Ancaq bu qəbuledilməzdir".

Daha sonra Spiker söz alıb və deputatı bu sözlərinə görə qınayıb:

"Aqil müəllim, bu nə fikirlərdir? Bu, Parlament sözüdür !?"(Teleqraf.com)


Seçilən
32
9
azia.az

10Mənbələr