AZ

Spikerdən Aqil Abbasa irad: bu, parlament sözüdür?

Həkimlərin və dərmanların reklamı baş alıb gedir.

Aktual.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas bügünkü plenar iclasda deyib.

O bildirib ki, SSRİ vaxtı bu qadağan idi:

"Rəşad Mahmudovun reklama ehtiyacı var? O özü brenddir. Bəziləri gedir 2-3 aylıq sertifikat alır, özünü reklam etdirir. Düzdür, özəl telekanallar reklamlardan və arvad davası - boğuşmasından pul qazanırlar. Ancaq bu qəbuledilməzdir".

Daha sonra Spiker söz alıb və deputatı bu sözlərinə görə qınayıb:

"Aqil müəllim, bu nə fikirlərdir? Bu, parlament sözüdür?!"

Seçilən
33
9
ulusum.az

10Mənbələr