AZ

Xəyal Məmmədov vəzifəsindən azad edildi - FOTO

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov tutduğu vəzifədən azad edilib.

 

Xəbər verilir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin açıqlamasında bildirilib.

 

Məlumata görə, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda nəzarət-yoxlama tədbirləri həyata keçirilib. Nəzarət-yoxlama tədbirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən aparılıb.

 

Aparılmış nəzarət-yoxlama tədbirlərinin nəticəsinə əsasən, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov tutduğu vəzifəsindən azad edilib.





Seçilən
104
14
azia.az

10Mənbələr