AZ

Təhsil sektorunun müdiri nöqsanlara görə işdən çıxarıldı

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədovun niyə işdən çıxarıldığı məlum olub. TehsilForumu.Az xəbər verir ki, bu barədə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda nəzarət-yoxlama tədbirləri həyata keçirilib. Aparılmış nəzarət-yoxlama tədbirlərinin nəticəsinə əsasən, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov tutduğu vəzifəsindən azad edilib.

Seçilən
7
22
tehsilforumu.az

10Mənbələr