AZ

"Tovuz E-L" MMC cərimələnə bilər

"Tovuz E-L" Məhdud Məsuliyyətli Cəmiyyəti gömrük qaydaları əleyhinə olan inzibati xəta üzrə cərimə oluna bilər.

Valyuta.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İşə 13 fevral tarixində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Sabiq İsbəndərli

Seçilən
31
4
valyuta.az

10Mənbələr