AZ

"Herba-Flora" MMC gömrük qaydalarını pozub

Bitki yığıntıları, dərman bitkiləri və kosmetik vasitələrin istehsal edən "Herba-Flora" Məhdud Məsuliyyətli Cəmiyyəti gömrük qaydaları əleyhinə olan inzibati xəta üzrə cərimə oluna bilər.

Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası irəli sürülüb. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İşə 10 fevral tarixində Abşeron Rayon Məhkəməsində baxılacaq.

Sabiq İsbəndərli

Seçilən
5
4
valyuta.az

10Mənbələr