Ötən gün Azərbaycan Premyer Liqasının 21-ci turunda "Zirə"yə 2:3 hesabı ilə uduzan "Qarabağ"ın azarkeşləri komandaya dəstək olublar.
Matçdan sonra tərəfdarlar futbolçulara "biz sizin yanınızdayıq, biz "Neftçi" azarkeşi deyilik ki, məğlubiyyətdən sonra sizə nəsə deyək. Amma ayılmaq lazımdır", - deyə müraciət ediblər.
"Neftçi" klubu isə "Qarabağ" azarkeşlərinin bu sözlərinə rəsmi hesab vasitəsilə: "Heç kim "Neftçi" azarkeşi deyil, ola da bilməz", - deyə paylaşım edib.
Mənbə: oxu.az