"Neftçi" klubu "Qarabağ" azarkeşlərinin ötən gün Azərbaycan Premyer Liqasının 21-ci turunda "Zirə" ilə oyundan sonra səsləndirdikləri ifadələrə reaksiya verib.
Axar.az xəbər verir ki, bu barədə klub rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.
"Heç kim "Neftçi" azarkeşi deyil, ola da bilməz", - deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, "Qarabağ"ın azarkeşləri "Zirə"yə 2:3 hesabı ilə uduzan komandalarına dəstək olublar. Matçdan sonra tərəfdarlar futbolçulara "biz sizin yanınızdayıq, biz "Neftçi" azarkeşi deyilik ki, məğlubiyyətdən sonra sizə nəsə deyək. Amma ayılmaq lazımdır", - deyə müraciət ediblər.