AZ

Gürcüstan AŞPA-dakı nümayəndə heyətini geri çağırır


Gürcüstan hakimiyyəti Avropa Şurası Parlament Assambleyasından (AŞPA) öz nümayəndə heyətinin üzvlərini geri çağırmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan parlamenti bürosunun iclası zamanı məlum olub.
“Biz Avropa Şurası Parlament Assambleyasının demokratiya və suverenliyə hörmətə əsaslanan əsas dəyərlərinə qayıtmasını gözləyirik”, - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili büro iclasında deyib.
Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə respublika parlamentinin vitse-spikeri Tea Tsulukiani, deputatlar Givi Mikanadze, Mariam Laşxi, Eka Sepaşvili, eləcə də alternativ deputatlar Levan Maçavariani, Rati İonatamişvili və Zviad Şalamberidze daxildir.
Onlar artıq AŞPA prezidenti Teodoros Russopulosa müvafiq tələblə müraciət ediblər.
Qeyd edək ki, yanvarın 29-da AŞPA Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini tanıyan, lakin aprelə qədər ölkədə yeni parlament seçkilərinin təyin edilməsi və “siyasi məhbusların” azad edilməsi şərti ilə qətnamə qəbul edib.
Seçilən
25
4
yeniavaz.com

10Mənbələr