Gürcüstan AŞPA-dan nümayəndə heyətini geri çağırır.
Gürcüstan AŞPA-dan öz nümayəndə heyətini geri çağırmaq qərarına gəlib.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin iclası zamanı bildirilib.
“Avropa Şurası Parlament Assambleyasının demokratiya və suverenliyə hörmətə əsaslanan əsas dəyərlərinə qayıtmasını gözləyirik”, - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Qeyd olunur ki, artıq AŞPA prezidenti Teodor Russopulosa müvafiq sorğu ilə müraciət edilib.