AZ

"Sumqayıt" legioneri ilə yolları ayırıb

Bakı. Trend:

"Sumqayıt" futbolçusu Jordan Rezabala ilə yollarını ayırıb.

Trend xəbər verir ki, bubarədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqavilə müddəti başa çatan yarımmüdafiəçi iləyeni anlaşma əldə olunmayıb.

"Sumqayıt" Rezabalaya kluba göstərdiyi xidmətlərə görə təşəkküredib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu ötən ilin fevralından"Sumqayıt"da oynayırdı.

Xatırladaq ki, "Sumqayıt" cari transfer pəncərəsində bunadəkFernando Medeyros, Rəhim Sadıxov, Kristian Velinovski və NikolaVuynoviçlə də yollarını ayırıb.

Məqalədə:
Seçilən
84
6
az.trend.az

10Mənbələr