AZ

"Sumqayıt" legioneri ilə yolları ayırdı

"Sumqayıt" futbolçusu Cordan Rezabala ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, müqavilə müddəti başa çatan yarımmüdafiəçi ilə yeni anlaşma əldə olunmayıb. "Sumqayıt" Rezabalaya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. 24 yaşlı futbolçu ötən ilin fevralından "Sumqayıt"da oynayırdı.

Xatırladaq ki, "Sumqayıt" cari "transfer pəncərəsi"ndə bunadək Fernando Medeyros, Rəhim Sadıxov, Kristian Velinovski və Nikola Vuynoviçlə də yollarını ayırıb.

Seçilən
72
6
football-plus.az

10Mənbələr