AZ

Tramp öz kriptovalyutasından bu qədər qazanıb - FOTO

ABŞ Prezidenti Donald Tramp 2025-ci il yanvarın 18-də təqdim edilən "Official Trump" ($TRUMP) memkoininin satışa çıxarılmasından sonra ehtimal ki, 802 milyon dollardan çox pul qazanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Coinbase" birjasının məhsullar şöbəsinin rəhbəri Konor Qroqan "X" hesabında paylaşım edib.

Ekspertin sözlərinə görə, göstərilən məbləğə aşağıdakılar daxildir:

- USDC, TRUMP, SOL-da birjalara göndərilən 482 milyon dollar;

- Diapazonundan kənarda 240 milyon dollar likvidlik, bu vəsaitlər pulun müəyyən edilmiş qiymətindən kənardadır və 50 milyon dollar diapazondadır;

- USDC komissiyalarında 29.3 milyon dollar.

Qroqan, həmçinin qeyd edib ki, layihə komandasının hələ də özündə saxladığı "$TRUMP" tokenlərindəki 16 milyard dolları nəzərə almayıb.

Xatırladaq ki, "$TRUMP" tokeni 18 yanvar 2025-ci ildə buraxılıb. Layihə komandası təklifin 80%-nə nəzarət edir.

Bundan qısa müddət sonra isə birinci xanımın memkoini - "Official Melania Meme" ($MELANIA) oxşar tokenomika ilə buraxılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
30
32
milli.az

10Mənbələr