AZ

Tramp üçüncü dəfə prezident ola bilərmi?

ABŞ prezidenti Donald Tramp vəzifəyə başlayan gündən mübahisəli qərarlar verməyə başlayıb. Mübahisəli açıqlamaları ilə hər zaman gündəmdə olan Trampın 3-cü müddətə prezident seçilməsinə də göz dikdiyi bildirilir. Tramp vəzifəyə gəldikdən sonra zarafatla bir neçə dəfə təklif edib ki, səlahiyyət müddəti bitdikdən sonra yenidən namizəd ola bilər.

Bəs, bu mümkündürmü?

Milli.Az xəbər verir ki,  ABŞ konstitusiyası bir şəxsin iki dəfədən çox olmayaraq prezident seçilməsinə icazə verir.

Lakin respublikaçıların nümayəndəsi Endi Oqles Trampın yenidən prezidentliyə namizəd olması üçün boşluq yaradacaq qanun layihəsi təqdim edib.

Trampın hüquqi boşluqdan istifadə edərək yenidən namizədliyini irəli sürməyə cəhd edə biləcəyi bildirilir. Donald Trampın konstitusiya maneəsini aradan qaldırmaq üçün seçkilərdə əvvəlcə vitse-prezident ola, sonra isə prezident kürsüsünə keçə biləcəyi deyilir.

Donald Trampın 2020-ci il seçkilərində olduğu kimi Ağ Evi tərk etməyə müqavimət göstərə biləcəyindən narahat olanlar da var.

Trampın yenidən seçilmək üçün konstitusiya dəyişikliyinə cəhd etməsi çətin görünür. Hətta konstitusiyaya dəyişiklik təklif etmək üçün Konqresin hər iki palatasında üçdə iki səs çoxluğu tələb olunur. Respublikaçıların bu çoxluqdan uzaq olduğu qeyd edilir.

Fidan
Milli.Az

Seçilən
56
32
milli.az

10Mənbələr