AZ

Tramp 200-dən çox hindistanlını deportasiya etdi

200-dən çox Hindistan vətəndaşı ABŞ-dan deportasiya edilib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, məlumata görə, ABŞ-da qeyri-qanuni yaşayan Hindistan vətəndaşları ABŞ-ın C-17 hərbi nəqliyyat təyyarəsində deportasiya edilib.

Hadisə baş nazir Narendra Modinin fevralın 12-də ABŞ-a ehtimal olunan iki günlük səfəri öncəsi baş verib. Modi ABŞ prezidenti Donald Trampla ticarət və müdafiə də daxil olmaqla bir sıra məsələlər üzrə danışıqlar aparmağa hazırlaşır.

Modinin ABŞ-a səfəri Hindistanda ABŞ prezidentinin immiqrasiya və tariflərə münasibəti ilə bağlı narahatlıqlar fonunda baş verir.

Pentaqon, həmçinin El Paso, Texas və San Dieqo, Kaliforniyada ABŞ səlahiyyətliləri tərəfindən saxlanılan 5 mindən çox immiqrantı deportasiya etmək üçün uçuşlar təmin etməyə başlayıb. İndiyədək hərbi təyyarələr miqrantları Qvatemala, Peru və Hondurasa aparıb.

Yanvarın 20-də andiçmə mərasimindən sonra baş nazir Modi ilə telefon danışığından sonra Tramp bildirib ki, Hindistan qeyri-qanuni miqrantların deportasiyası ilə bağlı "doğru olanı edəcək".

Qeyd edək ki, Tramp yanvarın 20-də vəzifəyə gəldikdən sonra immiqrasiya ilə bağlı bir sıra sərəncamlar açıqlayıb.

Fidan
Milli.Az

Seçilən
76
32
milli.az

10Mənbələr