AZ

11 qat Almaniya çempionu daha bir il "Bavariya"da

"Bavariya" qapıçı Manuel Noyerlə müqaviləni yeniləyib.

İdman.biz xəbər verir ki, təcrübəli qolkiper daha 1 il Münhen klubunda çıxış edəcək.

Bu gün keçirilən imzalanma mərasimindən sonra Noyer "Bavariya"da çıxış etmək istəyində olduğunu bildirib. Komanda ilə növbəti uğurlara imza atmaq arzusunu açıqlayıb.

Qeyd edək ki, 38 yaşlı qapıçı "pivəçilər"in heyətində 11 dəfə Almaniya çempionu olub, 5 dəfə ölkə kubokunu qazanıb. Noyer iki dəfə Çempionlar Liqası kubokunu baş üzərinə qaldırıb.

İdman.biz

Seçilən
11
1
idman.biz

2Mənbələr