AZ

“Bavariya” Noyerlə müqaviləni UZATDI

"Bavariya" qapıçı Manuel Noyerlə müqaviləni yeniləyib.

Bizim.Media xəbər verir ki, təcrübəli qolkiper daha 1 il Münhen klubunda çıxış edəcək.

Bu gün keçirilən imzalanma mərasimindən sonra Noyer "Bavariya"da çıxış etmək istəyində olduğunu bildirib. Komanda ilə növbəti uğurlara imza atmaq arzusunu açıqlayıb.

Qeyd edək ki, 38 yaşlı qapıçı "pivəçilər"in heyətində 11 dəfə Almaniya çempionu olub, 5 dəfə ölkə kubokunu qazanıb. Noyer iki dəfə Çempionlar Liqası kubokunu baş üzərinə qaldırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
3
1
bizim.media

2Mənbələr