AZ

Azərbaycanın U-17 yığmasının baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb

Bakı, 3 fevral, AZƏRTAC

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqaviləsinin müddəti uzadılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Yığmanın “UEFA İnkişaf Turniri – 2025”də iştirakı ilə əlaqədar sözləşmənin müddəti mayın 1-dək artırılıb.

Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.

Seçilən
21
8
azertag.az

10Mənbələr