AZ

İlham Yadullayevin müqaviləsinin müddəti uzadıldı

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqaviləsinin müddəti uzadılıb.

Yenicag.az xəbər verir ki, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Yığmanın “UEFA İnkişaf Turniri – 2025”də iştirakı ilə əlaqədar sözləşmənin müddəti mayın 1-dək artırılıb.

Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.

Seçilən
76
8
yenicag.az

9Mənbələr