AZ

Trampın oğlu İtaliyanın şimalında qeyri-qanuni ov etməkdə şübhəli bilinir

ABŞ prezidenti Donald Trampın oğlu İtaliyanın şimalındakı Venesiya laqununda (kiçik su hövzəsi) nadir ördək növünü vurmaqda şübhəli bilinir.


Bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.


Qəzet yazır ki, Veneto regional şurasının üzvlərinin dediyinə görə, bir videoda kiçik Donald Tramp qorunan ərazidə öz şikarını göstərib.


Həmin videonun “Global Hunt for Adventure” ixtisaslaşmış saytında yerləşdirildiyi bildirilir./APA

Tarix: 4 Fevral 2025, 01:37   
Seçilən
65
4
pravda.az

10Mənbələr