İtaliyanın “Corriere della Sera” qəzeti yazır ki, ABŞ prezidenti Donald Trampın oğlu Venesiya yaxınlığındakı qorunan ərazidə qanunsuz ördək ovlamaqda şübhəli bilinir.
Bunu Veneto vilayətinin regional şurasının üzvü Andrea Zanoni deyib.
Qeyd edək ki, Kiçik Tramp dekabr ayında İtaliyaya səfər edib və Adriatik sahillərində ova gedib. Bir neçə gün əvvəl Amerikanın ovçuluq saytı onun quşları, o cümlədən Aİ direktivi və İtaliya qanunları ilə qorunan narıncı-qəhvəyi tüklü nadir qırmızı ördəkləri vurması barədə məlumat yayıb. “Əslində, bu quşları ölkəmizdə yalnız İtaliyanın bölgələrindən birinin sakinləri ovlaya bilər. “Sizə polis idarəsi tərəfindən verilmiş ov lisenziyası lazımdır, lakin hər şeydən əvvəl yalnız və yalnız İtaliyanın bölgələrindən birinin sakinlərinə verilmiş sertifikat lazımdır” -Andrea Zanoni bildirib.
Avropa Yaşıllar Partiyası kiçik Donald Trampın işini İtaliyanın ətraf mühit naziri Gilberto Piçetto-Fratina ilə müzakirə etmək niyyətindədir. “Biz ətraf mühit nazirindən mühafizə olunan növlərin öldürülməsinin cinayət olduğunu nəzərə alaraq nə baş verdiyini izah etməsini xahiş edirik” – Luana Zanella deyib.
//Samir Qurbanov, Editor.az