AZ

Ticarət müəssisələrinə verilmiş biznes kreditlərinin həcmi - 4,2 MİLYARD MANATI KEÇİB

2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının ticarət müəssisələrinə verilmiş biznes kreditlərinin həcmi 4 milyard 248,4 milyon manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Bu növ kreditlərin həcmi aylıq müqayisədə 79,6 milyon manat (1,9%), illik müqayisədə 642,5 milyon manat (17,8%) artıb.

Qeyd edək ki, ticarət müəssisələrinə verilmiş biznes kredit portfeli 2024-cü ilin dekabrın 1-nə 4 milyard 168,8 milyon manat,  ötən ilin eyni dövrünə 3 milyard 605,9 milyon manat  təşkil edib.

Xatırlatma üçün bildirək ki, 2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 787,2 milyon manat təşkil edib.

Biznes kredit portfeli aylıq müqayisədə 40,5 milyon manat (0,2%), illik müqayisədə 2 milyard 170,4 milyon manat (17,2%) böyüyüb.

Qeyd edək ki, ümumi biznes kredit portfeli 2024-cü ilin dekabrın 1-nə 14 milyard 746,7 milyon manat,  ötən ilin eyni dövrünə 12 milyard 616,8 milyon manat  təşkil edib.

Seçilən
8
8
fed.az

10Mənbələr