AZ

Rafael Qrossi Ukraynaya səfər edib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin Ukraynaya işgüzar səfəri başlayıb.

XəzərNews.az xəbər verir ki, o, bu barədə fevralın 3-də X sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, bu, artıq Rusiya Federasiyasının tammiqyaslı işğalı başlayandan bəri Ukraynaya 11-ci səfərdir.

“Mən zərəri qiymətləndirmək və nüvə qəzasının qarşısını almağa kömək etmək üçün Ukraynanın nüvə enerjisi sektorunun təhlükəsizliyi üçün vacib olan Kyivska yarımstansiyasına gedirəm”, - deyə Qrossi yazıb:

O vurğulayıb ki, elektrik şəbəkəsinin zəifliyi səbəbindən risk təkcə Zaporijjya Atom Elektrik Stansiyası üçün deyil, həm də Ukraynanın bütün atom elektrik stansiyaları üçün artır.

Lalə
XəzərNews.az


Xəbər 3 dəfə oxunub.
Seçilən
12
1
xezernews.az

2Mənbələr