Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin Ukraynaya işgüzar səfəri başlayıb.
O, bu barədə fevralın 3-də X sosial şəbəkəsində məlumat verib. Qrossinin sözlərinə görə, bu, Rusiya Federasiyasının tammiqyaslı işğalı başlayandan bəri Ukraynaya 11-ci səfərdir. Qrossi yazıb: “Mən zərəri qiymətləndirmək və nüvə qəzasının qarşısını almağa kömək etmək üçün Ukraynanın nüvə enerjisi sektorunun təhlükəsizliyi üçün vacib olan “Kyivska” yarımstansiyasına gedirəm”.
O vurğulayıb ki, elektrik şəbəkəsinin zəifliyi səbəbindən risk təkcə Zaporjye Atom Elektrik Stansiyası üçün deyil, həm də bütün Ukrayna Atom Elektrik Stansiyaları üçün artır.
//Samir Qurbanov, Editor.az