Bakı. Trend:
Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən sığortaşirkətləri tərəfindən tibbi sığorta üzrə yığımların həcmi 123,1milyon manata çatıb.
Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, bu sığorta növü üzrə toplanmış sığorta haqqından96,6 milyon manat sığorta ödənişi edilib. Edilən sığorta ödənişləritoplanmış sığorta haqqından 26,4 milyon manat və ya 27,4% azolub.
Ötən il tibbi sığorta üzrə yığımlar əvvəlki illə müqayisədə 2,08milyon manat və ya 1,7% artıb. Bu sığorta növü üzrə ödənişlər isəillik müqayisədə 14,3 milyon manat, yaxud da 17,3% artıb. Belə ki,2023-cü ildə tibbi sığorta üzrə yığımların həcmi 121 milyon manat,ödənişlərin həcmi isə 82,3 milyon manat olub.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda sığorta yığımlarınınümumi həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəkigöstəricilərlə müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur.Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin ümumihəcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4milyon manat və ya 28,1% artım deməkdir.