Bakı. Trend:
Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən sığortaşirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrəyığımların həcmi 66 milyon manata çatıb.
Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, bu sığorta növü üzrə toplanmış sığorta haqqından23,3 milyon manat sığorta ödənişi edilib. Edilən sığorta ödənişləritoplanmış sığorta haqqından 42,7 milyon manat və ya 2,8 dəfə azolub.
Ötən il avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımlarəvvəlki illə müqayisədə 11,2 milyon manat və ya 20,3% artıb. Busığorta növü üzrə ödənişlər isə illik müqayisədə 2,8 milyon manat,yaxud da 14% artıb. Belə ki, 2023-cü ildə avtonəqliyyatvasitələrinin sığortası üzrə yığımların həcmi 54,8 milyon manat,ödənişlərin həcmi isə 20,4 milyon manat olub.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda sığorta yığımlarınınümumi həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəkigöstəricilərlə müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur.Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin ümumihəcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4milyon manat və ya 28,1% artım deməkdir.