Demokrat.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə həmin qadının olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilib.
Avtomobil qısa vaxtda saxlanılıb. Əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.
Faktla əlaqədar İmişli RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
***
İlkin araşdırmalar zamanı məlum olub ki, İmişli rayon Boşçalılar kənd sakini olan bir gənc qız evlənmək məqsədilə qaçırılıb.
Hadisəni törədənlər isə Füzuli rayon sakinləridir. Belə ki, bir müddət əvvəl Vasif Məmmədovun ailə üzvləri həmin kəndə qızın ailəsinə elçiliyə gediblər. Lakin onlar mənfi cavab alıblar.
Bundan sonra Vasif Məmmədov digər iki qohumu ilə birgə avtomobillə İmişliyə gedib. Onlar qızı zorla avtomobilə əyləşdirərək Biləsuvar yolu istiqaməti ilə Bakıya doğru hərəkət ediblər.
Polisə məlumat daxil olan kimi dərhal əməliyyat həyata keçirilib və onların olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb. Qız ailəsinə qaytarılıb. Oğlu üçün qız qaçıran ata və digər iki nəfər isə həbs edilib.
10Mənbələr
-
buta.tvİmişlidə ata oğlu üçün qız qaçırdı - Saxlanıldı ( 15248127)
-
titul.azAzərbaycanda ata oğlu üçün qız qaçırdı - HƏBS EDİLDİLƏR ( 15245659)
-
pravda.azİmişlidə baş vermiş qızqaçırmanınTƏFƏRRÜATI ( 15244767)
-
poliqon.infoİmişlidə oğlu üçün qız qaçıran ata və qohumları həbs edildilər ( 15244259)
-
demokrat.azİmişlidə ata oğlu üçün qız qaçırdı: SAXLANILDI — YENİLƏNİB ( 15243909)
-
demokrat.azİmişlidə ata oğlu üçün qız qaçırdı: SAXLANILDI — YENİLƏLİB ( 15243863)
-
cebheinfo.azAzərbaycanda ata oğlu üçün qız qaçırdı: Saxlanıldı ( 15243407)
-
qlobal.netAzərbaycanda ata oğlu üçün qız qaçırdı ( 15243303)
-
manset.azAzərbaycanda ata oğlu üçün qız qaçırdı - Saxlanıldı ( 15242431)
-
senzor.azFüzuli sakini oğlu üçün İmişlidən qız qaçırdı... ( 15241081)