AZ

İmişlidə oğlu üçün qız qaçıran ata və qohumları həbs edildilər

İmişli rayonunda gənc qızın naməlum şəxslər tərəfindən oğurlanmasının yeni detalları məlum olub...

Oxu.Az xəbər verir ki, İmişli rayon Boşçalılar kənd sakini olan gənc qız evlənmək məqsədilə qaçırılıb.

Elçilik zamanı yox cavabı alan Füzuli rayon sakini Vasif Məmmədov onu qaçırmaq qərarına gəlib. Bundan sonra Vasif Məmmədov digər iki qohumu ilə birgə avtomobillə İmişliyə gedib. Onlar qızı zorla avtomobilə əyləşdirərək Biləsuvar yolu istiqaməti ilə Bakıya doğru hərəkət ediblər.

Polisə məlumat daxil olan kimi dərhal əməliyyat həyata keçirilib və onların olduğu "Mercedes-Benz" markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb. Qız ailəsinə qaytarılıb. Oğlu üçün qız qaçıran ata və digər iki nəfər isə həbs edilib.

Faktla bağlı İmişli RPŞ-də Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə iş başlanılıb.

***

İmişlidə qadının naməlum şəxslər tərəfindən qaçırılmasının səbəbi məlum olub.

Oxu.Az-ın məlumatına görə, aparılan araşdırmalar zamanı məlum olub ki, qadın məcburi nikaha daxil olmaq üçün qaçırılıb:

"Bir müddət əvvəl oğlanın ailəsi qaçırılan qıza elçi getsə də, onun ailəsi elçilərə yox cavabı verib".

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

***

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli Rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin qadının olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb, əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.

Faktla əlaqədar İmişli RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Poliqon.info

 

 

Seçilən
67
11
poliqon.info

10Mənbələr