Şahmat üzrə Azərbaycan çempionatında 1/8 finalın ilk oyunları keçiriləcək.
"Cebheinfo.az" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, reytinqə əsasən yüksək əmsala malik bəzi aparıcı qrossmeysterlər yarışa məhz bu mərhələdən qoşulacaqlar.
1/8 final, ilk oyunlar
Kişilər
Qadınlar
Qeyd edək ki, ilk dəfə çempionatda ölkədəki bütün aktiv şahmatçılar iştirak edir. Olimpiya sistemi ilə keçirilən yarışda şahmatçılar bir-biri ilə həm ağ, həm qara fiqurlarla mübarizə aparır. İki oyundan sonra bərabərlik qeydə alınacağı təqdirdə tay-brek oynanılır. Yarışı daha maraqlı etmək üçün tay-brek olmadan mərhələ adlayan şahmatçı yekunda bonus pul mükafatı qazanır.
"Cebheinfo.az"