AZ

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başlayır

Şahmat
Bu gün kişi və qadın şahmatçılar arasında Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək. Şahmat Federasiyasından 1news.az-a verilən məlumata görə, reytinqə əsasən yüksək əmsala malik bəzi aparıcı qrossmeysterlər yarışa 1/8 finaldan qoşulacaqlar. Onların arasında Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov kimi qrossmeysterlər var.
1/8 final İlk oyunlar Kişilərin yarışı Fərid Abbasov – Şəhriyar Məmmədyarov Teymur Rəcəbov – Namiq Quliyev Məhəmməd Muradlı – Nicat Məmmədov Vüqar Rəsulov – Rauf Məmmədov Vasif Durarbəyli – Əhməd Əhmədzadə Vüqar Əsədli – Eltac Səfərli Misrətdin İsgəndərov – Nicat Abasov Aydın Süleymanlı – Riad Səmədov Qadınların yarışı Lalə Hüseynova – Günay Məmmədzadə Gövhər Beydullayeva – Səbinə Rzalı Məryəm Ağaverdiyeva – Ülviyyə Fətəliyeva Xanım Balacayeva – Ləman Hacıyeva Mələk İsmayıl – Gülnar Məmmədova Ayan Allahverdiyeva – Zeynəb Məmmədyarova Nərmin Kazımova – Türkan Məmmədyarova Nərmin Abdinova – Səbinə İbrahimova Qeyd edək ki, ölkə şahmatında ilk dəfə çempionatda bütün aktiv şahmatçılar iştirak edirlər. Olimpiya sistemi ilə keçirilən yarışda şahmatçılar bir-biri ilə həm ağ, həm də qara fiqurlarla mübarizə aparırlar. İki oyundan sonra bərabərlik qeydə alınacağı təqdirdə tay-brek oynanılır.

Yarışı daha maraqlı etmək üçün tay-brek olmadan mərhələ adlayan şahmatçı yekunda bonus pul mükafatı qazanır.

Seçilən
9
7
1news.az

10Mənbələr