AZ

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 finalın ilk oyunları keçiriləcək

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 finalın ilk oyunları keçiriləcək.

Apasport.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, reytinqə əsasən yüksək əmsala malik bəzi aparıcı qrossmeysterlər yarışa məhz bu mərhələdən qoşulacaqlar.

1/8 final, ilk oyunlar

Kişilər

Fərid Abbasov – Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov – Namiq Quliyev

Məhəmməd Muradlı – Nicat Məmmədov

Vüqar Rəsulov – Rauf Məmmədov

Vasif Durarbəyli – Əhməd Əhmədzadə

Vüqar Əsədli – Eltac Səfərli

Misrətdin İsgəndərov – Nicat Abasov

Aydın Süleymanlı – Riad Səmədov

Qadınlar

Lalə Hüseynova – Günay Məmmədzadə

Gövhər Beydullayeva – Səbinə Rzalı

Məryəm Ağaverdiyeva – Ülviyyə Fətəliyeva

Xanım Balacayeva – Ləman Hacıyeva

Mələk İsmayıl – Gülnar Məmmədova

Ayan Allahverdiyeva – Zeynəb Məmmədyarova

Nərmin Kazımova – Türkan Məmmədyarova

Nərmin Abdinova – Səbinə İbrahimova

Qeyd edək ki, ilk dəfə çempionatda ölkədəki bütün aktiv şahmatçılar iştirak edir. Olimpiya sistemi ilə keçirilən yarışda şahmatçılar bir-biri ilə həm ağ, həm qara fiqurlarla mübarizə aparır. İki oyundan sonra bərabərlik qeydə alınacağı təqdirdə tay-brek oynanılır. Yarışı daha maraqlı etmək üçün tay-brek olmadan mərhələ adlayan şahmatçı yekunda bonus pul mükafatı qazanır.

Şahmat üzrə Azərbaycan çempionatı başlayır

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçiriləcək - VİDEO

Azərbaycanın məşhur şahmatçıları ölkə çempionatına qatılacaqlar

Süleymanlıdan növbəti qələbə

Azərbaycan çempionatının yarışları Şəmkirdə keçiriləcək

Seçilən
67
9
apasport.az

10Mənbələr