Məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi, 19 litrlik “Xanbulaq” əmtəə nişanlı suların qablaşdırılmasında istehsal tarixinin qeyd edilmədiyi aşkarlanıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti dayandırılıb.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/3/1/bbbfe440-ed35-40da-be96-dcbe79af0fa5/su-firmasi1a.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/3/1/4d752266-2552-437d-a0d6-1020cdd4d3a8/su-firmasi1b.jpg)