AZ

Moskvada Sarkisyana qarşı sui-qəsdi Ermənistan vətəndaşı törədib

Moskvanın şimal-qərbində yerləşən "Alıye Parusa" yaşayış kompleksində terror aktında şübhəli bilinənlər arasında Ermənistan vətəndaşı da var.

Publika.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, həmin şəxs "ArBat" batalyonunun (erməni batalyonu) təsisçisi, "DXR" Boks Federasiyasının prezidenti Armen Sarkisyan binaya gələn zaman “MON-50” minasını işə salıb.

Məlumata görə, A.Sarkisyan tütün məhsullarının ən böyük təchizatçılarından biri olub. Bu baxımdan iki versiya nəzərdən keçirilir: Ukrayna xüsusi xidmət orqanlarının iştirakı və tütün məhsulları bazarı uğrunda mübarizə.

Seçilən
3
1
publika.az

4Mənbələr