AZ

Moskvada yaşayış kompleksində baş verən partlayışda Ermənistan vətəndaşı şübhəli bilinir

Moskvanın şimal-qərbində yerləşən “Alıye Parusa” yaşayış kompleksində terror aktında şübhəli bilinənlər arasında Ermənistan vətəndaşı da var.

Qeyd olunub ki, həmin şəxs “ArBat” batalyonunun (erməni batalyonu) təsisçisi, “DXR” Boks Federasiyasının prezidenti Armen Sarkisyan binaya gələn zaman “MON-50” minasını işə salıb.

Məlumata görə, A.Sarkisyan tütün məhsullarının ən böyük təchizatçılarından biri olub. Bu baxımdan iki versiya nəzərdən keçirilir: Ukrayna xüsusi xidmət orqanlarının iştirakı və tütün məhsulları bazarı uğrunda mübarizə.

Xatırladaq ki, dünən Rusiya KİV-ləri lift otağında naməlum qurğunun partladığını bildirmişdi. Hadisə nəticəsində bir nəfər həlak olub, beş nəfər xəsarət alıb. Sarkisyan xəstəxanaya yerləşdirilib, daha sonra aldığı yaralardan xəstəxanada ölüb.

Sarkisyan 2014-cü ildə Ukrayna hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilib. O, həmin ilin aprelində Qorlovkada şəhər şurası və şəhər polis idarəsinin binasına hücumun təşkilatçılarından biri kimi tanınıb.

Seçilən
17
2
korrespondent.az

4Mənbələr